D qrupu çərçivəsində Meydana ilk olaraq “Zalsburq” və “Real Sosyedad” komandaları çıxacaqlar. Komandaları indiyə qədər 2017/18 mövsümündə Avropa Liqasının 1/16 finalında qarşılaşıblar. Ümumi nəticədə 4:3 üstün olan avstriyalılar mərhələ adlayan tərəf olub. Tərəflər bu mövsüm bütün turnirlər daxil olmaqla 9 görüş keçiriblər. Maraqlıdır ki, hər iki komanda bu görüşlərdə sadəcə 1 dəfə uduzublar. Kollektivlərin heyətində ciddi sayıla biləcək itki yoxdur. Tərəflər arasındakı qarşılaşma saat 20:45-də start götürəcək.
A qrupunda “Mançester Yunayted” “Qalatasaray”ı sınağa çəkəcək. Tərəflər arasında oynanılan son rəsmi görüş 11 il əvvəl məhz Çempionlar Liqasının qrup mərhələsinə təsadüf edib. Hər iki kollektiv evdə minimal hesablı qalibiyyət əldə edib. Mövsümə uğursuz başlayan “qırmızı şeytanlar” bütün turnirlər daxil olmaqla 9 oyunda 4 qələbə, 5 məğlubiyyətlə yadda qalıblar. “Cim-bom” isə əksinə yeni mövsüm oynadığı 14 qarşılamanın heç birində məğlub olmayıb. “Qalatasaray”ın heyətində hər hansı ciddi itki olmasa da, Mançester təmsilçisi Lük Şou, Aaron Van-Bissaka, Lisandro Martinez, Ceydon Sançez kimi futbolçuların xidmətindən yararlana bilməyəcək. "Old Trafford" stadionundakı qarşılaşma saat 23:00-da başlayacaq.
Qeyd edək ki, hər iki matç “CBC Sport”la canlı yayımlanacaq.