Bazar ertəsi 03.02.2025

İspaniya və Xorvatiya millilərindən darmadağın, Türkiyə xal itirdi (Nəticələr)

İspaniya və Xorvatiya millilərindən darmadağın, Türkiyə xal itirdi (Nəticələr)

AVRO-2024-ün seçmə mərhələsində V turun növbəti oyunları keçirilib. Üç qrupda ümumilkdə 7 görüş təşkil edilib.

A qrupunun favoritləri Şotlandiya və İspaniya səfər matçında böyükhesablı qələbə qazanıblar.

D qrupunda Xorvatiya evdə Latviyanı darmadağın edib. Türkiyə yığması isə Ermənistanla heç-heçə edib.

Günün mərkəzi qarşılaşması Bratislavada təşkil olunub. Dörd turdan sonra maksimum xalla J qrupuna liderlik edən Portuqaliya millisi özündən 2 xal geri qalan Slovakiyanı minimal hesabla üstələyib.

AVRO-2024-ün seçmə mərhələsi

8 sentyabr

A qrupu

Gürcüstan – İspaniya - 1:7
Qollar: Çakvetadze, 49 – Morata, 22; 40; 65. Kvirkveliya, 27-öz qapısına. Olmo, 38. N.Uilyams, 68. Yamal, 74.

Kipr – Şotlandiya - 0:3
Qollar: Maktominay, 6. Porteus, 16. Makqinn, 30.

Xal durumu:

Şotlandiya – 15
İspaniya – 6
Norveç – 4
Gürcüstan – 4
Kipr – 0

D qrupu

Türkiyə – Ermənistan - 1:1
Qollar: B.Yıldırım, 88 – Daşyan, 49.

Xorvatiya – Latviya - 5:0
Qollar: Petkoviç, 3; 44. İvanuşeç, 13. Kramariç, 68. Paşaliç, 78.

Xal durumu:

Türkiyə – 10
Xorvatiya – 7
Ermənistan – 7
Uels – 4
Latviya – 0

J qrupu

Bosniya və Herseqovina – Lixtenşteyn - 2:1
Qollar: Dzeko, 3. Luxinger, 18 (avtoqol) – Volfinger, 21.

Lüksemburq – İslandiya - 3:1
Qollar: Şano, 9-pen. B.Sançes, 70. Sinani, 89 – Haraldsson, 88.

Slovakiya – Portuqaliya - 0:1
Qol: B.Fernandes, 43.

Xal durumu:

Portuqaliya – 15
Slovakiya – 10
Lüksemburq – 10
Bosniya və Herseqovina – 6
İslandiya – 3
Lixtenşteyn – 0