"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Ağdam klubu pley-off mərhələsinin cavab matçında Sloveniya "Olimpiya"sını qəbul edib.
Qarşılaşmanı ispaniyalı FIFA referisi Alexandro Ernandes idarə edib. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil oluna görüş 1:1 hesabı ilə yekunlaşıb.
Səfərdəki ilk oyunda 2:0 hesabı ilə qalib gələn "Qarabağ" iki görüşün cəmində rəqibini üstələyərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
UEFA Avropa Liqası
31 avqust
"Qarabağ" - "Olimpiya" - 1:1
Qollar: Toral Bayramov, 23 (pen) - Dioqo Pinto, 36
Baş hakim: Alexandro Ernandes
Baş hakimin köməkçiləri: Xose Naranyo, Dieqo Sançes Royo
Dördüncü hakim: Alexandro Muniz Ruiz
VAR: Xuan Martinez Munuera
AVAR: Valentín Qomez
Tofiq Bəhramov adına Respublika stadionu
(İlk oyun 2:0)