"Qarabağ" və "Qalatasaray" klubları martın 26-sı, saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək yoldaşlıq oyunu ilə bağlı sosial şəbəkə hesablarında paylaşım ediblər.
Hər iki klub qarşılaşmadan əldə olunacaq bütün gəlirlərin Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün istifadə olunacağını vurğulayıblar.