“Zirə” tarixində ilk dəfə ardıcıl iki medala sahib olub.
Misli Premyer Liqasının daha bir mükafatçısı bəlli olub.
“Qarabağ”ın ardından “Zirə” də “üçlük”də yerini təmin edib.
Buna XXXII turun “Turan Tovuz” – “Şamaxı” oyunu səbəb olub. 1:1 hesablı bərabərlikdən sonra “Zirə” mükafatlardan birini qazanıb. Rəşad Sadıqovun yetirmələrinin 61, 4-cü olan Tovuz təmsilçisinin 49 xalı var və sonuncular qələbə sayında rəqibinə çatmaq imkanını itirib.
Bu, "Zirə"nin Azərbaycan çempionatlarında 4-cü mükafatıdır. Komanda 2015/2016 və 2024/2025 mövsümlərində gümüş, 2022/2023 mövsümündə isə bürünc medalların sahibi olub.