Cümə axşamı 24.04.2025

Voleybol üzrə ölkə çempionatında bürünc medalçı bəlli olub

Voleybol üzrə ölkə çempionatında bürünc medalçı bəlli olub

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bürünc medal qazanan komandaya aydınlıq gəlib.

"Milli Aviasiya Akademiyası" mükafata sahib çıxıb.

Kollektiv üçüncü yer uğrunda ikinci görüşdə "Gəncə"ni 3:2 hesabı ilə məğlub edib.

İlk qarşılaşmada 3:1 hesabı ilə üstün olan "Milli Aviasiya Akademiyası" çempionatda bürünc medalı rəsmiləşdirib.