Çərşənbə axşamı 22.10.2024

Taekvondoçumuz Paris-2024-də finala yüksəlib

Taekvondoçumuz Paris-2024-də finala yüksəlib

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib.

58 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda italiyalı olimpiya çempionu Vito Dellakvila ilə qarşılaşıb.

Maqomedov hər iki hissədə rəqibindən üstün olub - 9:4, 11:1.

Onun finaldakı rəqibi Cənubi Koreya taekvondoçusu Park Taejoon olacaq. Görüş Bakı vaxtı ilə saat 23:37-də başlayacaq.

Bu nəticədən sonra taekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.