Cümə axşamı 21.11.2024

CBC Sport MMC-nin etik davranış qaydaları

Məqsəd
Hazırkı Etik Davranış Qaydalarının məqsədi Azərbaycan kütləvi informasiya vasitələrinin ayrılmaz hissəsi kimi CBC Sport Televiziya Kanalının (“CBC Sport MMC”) işçi heyətinin,  xidmət müqaviləsi ilə cəlb olunanların  və rəhbərliyinin (hazırkı qaydaların məqsədi üçün “əməkdaşlar” adlanacaq) CBC Sport MMC-nin öz tamaşaçıları qarşısında ən əsas vəzifələrinin məlumatları və xəbərləri təqdim etmək,  tamaşaçıların müxtəlif zövqlərini oxşamaq məqsədilə müxtəlif əyləncəli proqramlar hazırlamaq və reklam sifarişçiləri və onların agentlikləri ilə ünsiyyət prosesində etik davranış sahəsində ən qabaqcıl standartlara riayət etmək niyyətinə malik olmalarını və ifadə etmələrini sənədləşdirməkdən ibarətdir.

Qeyd etmək lazımdır ki, istənilən yayım şirkətinin ən dəyərli mənfəəti davamlı olaraq qazanılan və ən yüksək ictimai xidmət standartlarına, qərəzsizlik, düzgünlük və vicdanlılıq prinsiplərinə riayət etməklə təmin oluna bilən tamaşaçı və ümumiyyətlə ictimai hörmətdir.

Kommersiya yayımı - mənfəət əsasında ictimaiyyətin bütün maraqlarına (biznes, siyasət, əyləncə, informasiya, maarifləndirmə) uyğun xidmət təminatına yönəlmiş yüksək rəqabətli sahədir. 

Reklamlardan əldə olunan gəlirlər sosial və kommersiya proqramlarının hazırlanmasına, qeyri-kommersiya yayımına imkan verir və nəticədə tamaşaçı üçün hazırlanan xəbər, informasiya, təhsil, elm mədəniyyət və əyləncə proqramları bütün tamaşıçılara mümkün olur.

CBC Sport özünün hər bir yayım saniyəsinə görə öz tamaşaçısı qarşısında məsuliyyət daşıyır.

CBC Sport proqramların hazırlanmasında iştirak edən bütün şəxslərin, prodüserlərin, o cümlədən yayımla əlaqədar əməkdaşlıq edən sponsorların, reklam şirkətlərinin və s. əməkdaşlığına dəyər verir və tamaşaçının rəyini nəzərə alır.

I FƏSİL ÜMUMI MÜDDƏALAR

Maddə Qaydaların əhatə dairəsi

  1. Bu qaydalar CBC Sport-un bütün əməkdaşlarına (müqavilə növündən asılı olmayaraq) və əməkdaş statusuna malik olan bütün şəxslərə şamil edilir.
  2. Hər əməkdaş qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qaydalara əməl etməyə borcludur.

Maddə Qaydaların məqsədi
Bu qaydaların məqsədləri aşağıdakılardan ibarətdir:

  1. CBC Sport-un nüfuzunun artırılması, vətəndaşların CBC Sport-a etimadının yüksəldilməsi;
  2. CBC Sport-un fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;
  3. CBC Sport-da korrupsiyanın və öz əməkdaşlarının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;
  4. CBC Sport-un əməkdaşları tərəfindən etik davranış qaydalarına  əməl olunmasının təmin edilməsi;
  5. CBC Sport-un əməkdaşlarından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması;
  6. CBC Sport-un fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi.

Maddə Etik davranışın hüquqi tənzimlənməsi

  1. CBC Sport-un əməkdaşları öz etik davranışlarını onlarla bağlanmış xidmət və ya əmək müqaviləsi ilə əldə edirlər.
  2. CBC Sport-un əməkdaşlarının öz etik davranışları bu Qaydalarla müəyyən edilmiş etik davranış prinsip və vəzifələrinə əsaslanmalıdır.
  3. CBC Sport-un əməkdaşlarının etik davranışları bu Qaydalarla və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
  4. CBC Sport-un əməkdaşlarının Etik Davranışı Qaydaları ilə müəyyən olunmuş davranış qaydalarını dəqiqləşdirən normalar, onlara  riayət olunması ilə bağlı təlimatlar CBC Sport-un normativ hüquqi aktları ilə, CBC Sport-un imzaladığı müqavilələrlə və daxili əmrlərlə müəyyənləşdirilə bilər o şərtlə ki, belə aktlar bu Qaydalara zidd olmasın.

II FƏSİL ÜMUMI DAVRANIŞ PRINSIPLƏRI

Maddə Düzgünlük

  1. CBC Sport MMC-nin əməkdaşı baş verən hadisələrin təsvirini dəqiq və konkret faktlar əsasında verməyə borcludur. O, faktların təhrif olunmasına yol vermir, onları şəxsən öz materiallarının taleyi və ya CBC Sport MMC-nin mənafeyi naminə seçib istifadə etmir.

Maddə Qərəzsizlik

  1. Toplanmış faktlar peşəkarlıqla ilə təhlil edilir, qiymətləndirilir, müasir ictimai hadisələr və humanizm mövqeyindən işıqlandırırlar.
  2. CBC Sport MMC-də hər bir hadisə dəqiq araşdırılır, marağı olan tərəflərin fikri öyrənilir və bu zaman yalnız tamaşaçı mənafeyi əsas götürülür.
  3. Materialın hazırlanması prosesində müxtəlif sosial qruplaşma və partiyaların mənafeyi, yerliçilik və tərəfkeşlik halları ilə rastlaşan CBC Sport MMC əməkdaşı yalnız qərəzsizlik meyarını əsas götürür.
  4. CBC Sport MMC-nin peşəkar zəhməti kütləvi informasiya vasitələrində fikir müxtəlifliyinin qərəzsiz işıqlandırılmasına, mübahisə edən hər tərəfin fikrinin təhrifsiz verilməsinə xidmət edir.
  5. CBC Sport MMC-nin əməkdaşı hər hansı siyasi partiyaya, hərəkata və  mənsub olan obyektdən prinsipial tənqidi material hazırlamaqdan imtina edir.

Maddə Vicdanlılıq

  1. CBC Sport MMC-nin əməkdaşı öz vəzifə borcunu və xidməti vəzifələrini vicdanla yerinə yetirir. Bunun üçün yaradıcılıq və öz peşəkarlıq imkanlarından istifadə edir, ümumi, peşə mədəniyyətini və səviyyəsini daim artırmaq üçün səy göstərir.
  2. CBC Sport MMC-də əməkdaşların vicdanı tələb edir ki, istənilən məlumatı hərtərəfli və bütün incəliklərinə qədər yoxlasın, sənədlərə və başqa məlumat mənbələrinə müraciət etsin, yayımlamaqdan öncə məlumatın və mənbənin doğru olduğunda tam əmin olsun.
  3. CBC Sport MMC-də məlumat yozmalar, şayiələr və mənbəyi məlum olmayan informasiyanın yayımlanmasına yol verilmir. Yayıma təqdim edilən məlumatda səhvə yol vermiş əməkdaş dərhal səhvin qarşısını ala biləcək tədbirlər görür, mənəvi ziyan çəkmiş şəxsdən (şəxslərdən) rəsmən üzr istəyir, onun (onların) CBC Sport MMC-nin əməkdaşını bağışlamasına etika çərçivəsində nail olur.

Maddə Düzgün(haqlı) rəqabət

  1. CBC Sport MMC-nin əməkdaşı haqlı(düzgün) rəqabət aparmağı bacarır, öz rəqibləri ilə yalnız kreativ rəqabət aparmasına üstünlük verir.
  2. CBC Sport MMC-nin əməkdaşı öz vəzifə borcunu yerinə yetirərkən və ya xidmət göstərərkən öz nəfsinə sahib olur, öz vəzifə səlahiyyətindən sui istifadə etmir, CBC Sport-un rəqiblərinə məlumatın sızması üçün şərait yaratmır.

Maddə Peşəkarlıq

  1. CBC Sport MMC peşəkarlara və peşəkarlarla əməkdaşlığın qurulmasına üstünlük verir.
  2. CBC Sport MMC-nin əməkdaşı peşəkarlığa hörmət edir və daim öz peşəkar biliklərinin və bacarıqlarının artırılması üzərində işləyir.
  3. CBC Sport MMC-nin əməkdaşı öz biliklərini gənc əməkdaşlara ötürməyi bacarır və bundan qürur duyur.

Maddə Şəffaflıq

  1. CBC Sport MMC sənədləşmə, işgüzar fəaliyyətin qurulması və biznesin idarəedilməsi şəffaflıq prinsiplərinin əsasında təşkil olunur.
  2. CBC Sport MMC-nin ictimaiyyətlə əlaqələri şəffaflığın artırılması və korrupsiyaya müqavimətin göstərilməsinə əsaslanır.

Maddə Loyallıq

  1. CBC Sport MMC əməkdaşı onun vəzifəsinə aid olmadığı hallarda CBC Sport və onun rəhbərliyi, CBC Sport MMC-nin fəaliyyəti ilə əlaqədar ictimai mülahizələrdən, çıxışlardan çəkinir, və CBC Sport MMC-nin fəaliyyətinə ictimai qiymət vermir.
  2. CBC Sport MMC əməkdaşı CBC Sport-a rəqib şirkətlərin, media sahəsində fəaliyyət göstərən 3-cü şəxslərin fəaliyyəti ilə əlaqədar ictimai müzakirələrdə iştirak etmir, mülahizələr vermir, çıxışlarda iştirak etmir.
  3. CBC Sport-un əməkdaşları dövlət orqanlarının, QHT-lərin, bələdiyyə və s. təşkilatların, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinir.

Maddə Yüksək Mədəniyyət

  1. Yüksək mədəniyyət CBC Sport MMC-nin əməkdaşına peşə üstünlüyündən, özü və qohumları, dostları və qonşuları, və s. naminə sui-istifadə etməyə imkan vermir.
  2. CBC Sport MMC-nin əməkdaşı yayımdan və yayım vasitələrindən öz şəxsi rəqiblərinə, xoşu gəlmədiyi hər hansı adamlara qarşı istifadə etmir.
  3. CBC Sport MMC-nin əməkdaşının yüksək mədəniyyəti öz işi nəticəsində, vəzifə borcunu yerinə yetirməsi nəticəsində hazırlanan və ya hazırlanmayan materiala görə idarə, müəssisə, təşkilat, siyasi qrup və partiyalardan, ayrı-ayrı şəxslərdən, mükafat, hədiyyə və s. almağa imkan vermir. CBC Sport MMC-nin əməkdaşı öz yüksək mədəniyyətini nümayiş etməklə, 3-cü şəxslərlə hər hansı sövdələşməyə girmir.
  4. CBC Sport MMC-nin əməkdaşının yüksək mədəniyyəti bu maddənin hər hansı bir şəraitdə və ya təsir (o cümlədən hədə-qorxu, təzyiq və s) ucbatından pozulmasına imkan vermir.
  5. CBC Sport MMC-nin əməkdaşının yüksək mədəniyyəti CBC Sport-un yayım konsepsiyasına uyğun olmayan məlumatları yayımlamır.
  6. CBC Sport MMC-nin əməkdaşının yüksək mədəniyyəti başqasının müəllif hüquqlarına hörmətlə yanaşmasını və plagiata yol verməməsini təmin edir. CBC Sport MMC-də müəllifin razılığı olmadan onların əsərləri və müəllif olduqları məqalə yayımda istifadə edilmir.

Maddə İnsan haqlarına hörmət

  1. CBC Sport MMC hər bir vətəndaşın insan hüquq və azadlıqlarına hörmətlə yanaşır və öz yayımında istənilən diskriminasiyaya yol vermir.

Maddə Şəxsiyyətə hörmət

  1. CBC Sport MMC-nin əməkdaşı öz vəzifəsi ilə əlaqədar ünsiyyətdə olduğu adamların şəxsiyyətinə və ləyaqətinə hörmət edir.
  2. CBC Sport MMC-nin əməkdaşı qonaqlara, müşayiətçilərə və vətəndaşlara sıxıntı verən, onların şərəf və ləyaqətini alçalda bilən söz və hərəkətlərə yol vermir, onlarla təmkinli davranır və onlara qarşı süründürməçiliyə yol vermir.

Maddə Şəxsi həyata hörmət

  1. CBC Sport MMC-nin əməkdaşı istənilən şəxsin həyatına müdaxilə olunmasına və əldə olunan hər hansı faktın yayılmasına yol vermir.
  2. Şəxsiyyətin həyat barədə məlumatlar yalnız cəmiyyətin və dövlətin, vətəndaşların hüquq və qanuni mənafelərini müdafiə etmək naminə, və yalnız CBC Sport MMC-nin rəhbərliyinin xüsusi göstərişi ilə yayıla bilər.

Maddə İctimai dəyərlərə hörmət

  1. CBC Sport MMC-nin əməkdaşı ictimai varidata, dəyərlərə, ümumbəşəri sərvətlərə hörmət edir və onları müdafiə edir.
  2. CBC Sport MMC-nin əməkdaşı bütün xalqların, etnik qrupların və azlıqların fərdi xüsusiyyətlərinə, dilinə, ləhcəsinə, dininə, milli mədəniyyət nümunələrinə hörmətlə yanaşır, ayrısekçiliyə yol vermir.

Maddə Uşaq verilişləri 

  1. CBC Sport MMC-nin əməkdaşı televiziya verilişlərinin uşaq şüuruna, tərbiyəsinə və dəyərlərinə təsir edəbiləcəyini nəzərə alaraq yayım kontentinə daha məsuliyyətlə yanaşır, və yayıma buraxılan materialla və onların xüsusiyyətlərinə hərtərəfli diqqət yetirir.
  2. CBC Sport MMC-nin əməkdaşı uşaq auditoriyasını nəzərə alaraq, yayıma buraxılan materiallarda səs və görüntünün ən qabaqcıl standartlara cavab verməsini təmin edir, Azərbaycan xalqının milli mənəvi dəyərlərinə xələl gətirə bilən yayımın qarşısın alır, yayımda sosial davranışa və sosial məsuliyyətə üstünlük verir.
  3. CBC Sport MMC-nin əməkdaşı valideyn hüquqlarına hörmətlə yanaşır və hər bir valideynin öz övladlarına yayımı mümkün etməsini ədalətli seçim əsasında olmasını təmin edir.

Maddə Xəbərlər  

  1. CBC Sport MMC-nin əməkdaşı xəbərlərin dəqiq və qərəzsiz olmasını təmin edir.
  2. CBC Sport MMC-nin xəbərləri məlumat vermə və maarifləndirmə məqsədini daşıyır.
  3. CBC Sport televiziya kanalında istənilən xəbərlər olduğu kimi təqdim edilir. CBC Sport televiziya kanalı xəbər proqramından əlavə olaraq hər bir hadisə ilə bağlı öz şərhini, xülasəsini və təhlilini təqdim edə bilər.
  4. verilişlərinin uşaq şüuruna, tərbiyəsinə və dəyərlərinə təsir edəbiləcəyini nəzərə alaraq yayım kontentinə daha məsuliyyətlə yanaşır, və yayıma buraxılan materialla və onların xüsusiyyətlərinə hərtərəfli diqqət yetirir.
  5. CBC Sport MMC-nin əməkdaşı uşaq auditoriyasını nəzərə alaraq, yayıma buraxılan materiallarda səs və görüntünün ən qabaqcıl standartlara cavab verməsini təmin edir, Azərbaycan xalqının milli mənəvi dəyərlərinə xələl gətirə bilən yayımın qarşısın alır, yayımda sosial davranışa və sosial məsuliyyətə üstünlük verir.
  6. CBC Sport MMC-nin əməkdaşı valideyn hüquqlarına hörmətlə yanaşır və hər bir valideynin öz övladlarına yayımı mümkün etməsini ədalətli seçim əsasında olmasını təmin edir.

Maddə Tamaşaçıya hörmət  

  1. CBC Sport MMC də proqramlar yalnız tamaşaçının tələblərinə, istəyinə və zövqünə cavab verir.
  2. CBC Sport əməkdaşları xəbər və proqramlarda tamaşaçıların fikrini yayındıran, narahatçılığına səbəb olan ifadələrə və görüntülərə yol vermirlər.

III FƏSİL İŞÇİ və ƏMƏKDAŞLARIN DAVRANIŞI

Maddə Əməkdaşların seçimi  

  1. CBC Sport MMC də əməkdaşlar obyektivlik, rəqabətlilik, qabiliyyət və bacarıq, peşəkarlıq meyarlarına əsasən seçilirlər. İşə qəbul seçimi müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə iştirakçılarına bərabər imkanlar yaradılır.

Maddə Əməkdaşların peşəkar inkişafı

  1. CBC Sport MMC də insan resurslarının idarəolunması və inkişafı əməkdaşların peşəkar inkişafına yönəlmişdir. Hər bir əməkdaşa öz peşəkarlığının artırılması sahəsində bərabər imkanlar yaradılır.

Maddə. Həmrəylik  

  1. CBC Sport MMC-nin əməkdaşı öz peşəsinin və vəzifəsinin (müqavilə növündən asılı olmayaraq ) şərəfini uca tutur.
  2. CBC Sport MMC-nin əməkdaşı öz həmkarına hörmətlə yanaşır, onun yaradıcılığını, peşə nailiyyətlərini və bacarıqlarını qiymətləndirir, nüfuzuna xələl gətirən ifadələr istifadə etmir və istifadə olmasına şərait yaratmır, öz həmkarının işinə mane olmur.
  3. CBC Sport MMC-nin əməkdaşı öz həmkarlarının etimadını doğruldur, əldə etdiyi şəxsi məlumatları öz həmkarları arasında paylaşmır, sui istifadə etmir və 3-cü şəxslərə açıqlamır.
  4. CBC Sport MMC-nin əməkdaşı öz həmkarlarının bilik və bacarıqlarının artımına dəstək olur, daim iş yoldaşına kömək edir və çıxılmaz vəziyyətlərdə iş yoldaşı ilə əlbir çalışır.
  5. CBC Sport MMC-də peşə həmrəyliyi haqqın, ədalətin, obyektivliyin və qərəzsizliyin pozulmasına yönəlmir.  

Maddə Əməkdaşların davranışı

  1. CBC Sport MMC-nin əməkdaşı bu qaydalara riayət edir və öz həmkarlarına bu qaydalarda qeyd olunan bəndləri izah edir, onlara bu qaydalara riayət olmanın vacibliyini bildirir. Öz işi ilə bağlı rəhbərliklə daim məsləhətləşmələr edir.
  2. CBC Sport MMC-nin rəhbər işçiləri bu qaydalara riayət edir, rəhbərlik etdiyi kollektivə nümunə olmağa çalışır, öz yüksək mədəniyyətinin və etik davranış qaydalara riayət etməsini hər bir ehtiyacdan üstün olduğunu nümayiş edir.
  3. CBC Sport MMC-nin rəhbər işçiləri həmkarlara daim dəstəkləyir, onlara kömək edir, hər birinə yüksək hörmət nümayiş edir.
  4. CBC Sport MMC-də əməkdaşlar açıqlıq və mümkünlük şəraitində xidmət edir. Öz suallarını həmkarlarına vermək, həmkarın verdiyi suala düzgün və doğru cavab vermək ən böyük şərəf hesab edilir.
  5. CBC Sport MMC-nin rəhbər işçiləri və sıravi əməkdaşlar gündəlik görüşlər və müzakirələr keçirir, işin və xidmətlərin təkmilləşdirilməsi sahəsində fikir mübadiləsi keçirirlər.
  6. CBC Sport MMC-də əməkdaşlar öz aralarında digər həmkarları barədə lətifələr, gülməli hadisələr və zarafatlar etmir, öz iş avadanlığında yalnız işə aid proqramlar və məlumatlardan istifadə edir.
  7.  CBC Sport MMC-də əməkdaşlar bir-birlərinin hisslərinə hörmətlə yanaşır, istənilən şəxs digərini ilə istənilən əlaqənin qurulmasını məcbur edə bilməz.

IV FƏSİL DÖVLƏT ORQANLARI İLƏ DAVRANIŞ

Maddə Dövlət orqanları ilə davranış

  1. CBC Sport MMC-nin əməkdaşı dövlət orqanları ilə davranışı CBC Sport MMC-nin bazar nüfuzuna, ictimai hörmətinə və s. xələl gətirəbiləcək hərəkətlərə, danışıqlara və s. yol vermir.
  2. CBC Sport MMC dövlət orqanları ilə yalnız qanuni müqavilələr əsasında münasibətini qurur və həmin müqavilədə müəyyən edilmiş şərtlərə riayət edir.
  3. Dövlət orqanları ilə danışıqlar aparılarkən aşağıdakılara yol verilmi
  4. dövlət orqanının nümayəndəsi ilə birbaşa işgüzar münasibətlərin qurulması;
  5. CBC Sport-a məxsus məxfi məlumatın ötürülməsi;
  6. CBC Sport MMC-nin əməkdaşı dövlət orqanları ilə davranışı zamanı
  7. hər hansı vədlər vermir, onlara birbaşa və ya dolayı yolla pul, hədiyyə və s. vermir;
  8. dövlət orqanının nümayəndəsinə və ya onun ailə üzvlərinə gəlir verə bilən təkliflər və ya vədlər vermir, bu səpkidə olan istənilən sövdələşməyə girmir;
  9. dövlət orqanının nümayəndəsindən və ya onun ailə üzvlərindən birbaşa və ya dolayı hədiyyələr və pul, qiymətli əşyalar almır.
  10. CBC Sport MMC-nin əməkdaşları korrupsiyaya mübarizə üzrə Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edirlər.

V FƏSİL İŞGÜZAR DAVRANIŞ

Maddə Biznes partnyorları ilə davranış

  1. CBC Sport öz işgüzar münasibətlərini şəffaflıq prinsiplərinə uyğun qurur .
  2. CBC Sport MMC-nin əməkdaşı istənilən təchizatçılarla və ya işgüzar münasibətdə olan şirkətlərlə davranışı CBC Sport MMC-nin bazar nüfuzuna, ictimai hörmətinə və s. xələl gətirəbiləcək hərəkətlərə, danışıqlara və s. yol vermir.
  3. CBC Sport MMC-nin əməkdaşı istənilən təchizatçılarla və ya işgüzar münasibətdə olan və olmayan şirkətlərlə ilə davranışı zamanı :
  4. hər hansı vədlər vermir, onlara birbaşa və ya dolayı yolla pul, hədiyyə və s. vermir;
  5. 3-cü şəxslərin əməkdaşına və ya onun ailə üzvlərinə gəlir verə bilən təkliflər və ya vədlər vermir, bu səpkidə olan istənilən sövdələşməyə girmir;
  6. 3-cü şəxslərin nümayəndəsindən və ya onun ailə üzvlərindən birbaşa və ya dolayı hədiyyələr və pul, qiymətli əşyalar almır.
  7. CBC Sport MMC işgüzar münasibətlərini ən qabaqcıl biznes təcrübələrinə müvafiq qurur və ən qabaqcıl satınalma qaydalarına müvafiq seçim edir.
  8. Seçim edərkən, namizəd şirkətlərin şəffaflıq, etik davranış qaydaları, idarəetmə sertifikatları və müasir biznes tələblərinə cavab vermələrini yoxlayır və ən münasib təklifi təqdim edənlə münasibətlərini qurur.

V FƏSİL TƏSİSÇİLƏRLƏ DAVRANIŞ

Maddə Təsisçilərlə davranış

  1. CBC Sport təsisçilərlə münasibətlərini ən yüksək mədəniyyət, etik davranış və işgüzar praktikanın standartlarına uyğun qurur.
  2. CBC Sport öz fəaliyyətində təsisçilərin mənafeyini qoruyur, onların işgüzar nüfuzuna, ictimai hörmətinə və tanınmasına xələl gətirə bilən hər hansı təcrübələrə və davranışa yol vermir.
  3. CBC Sport öz təsisçiləri ilə dürüstdür və şəffafdır.
  4. CBC Sport tərəfindən təsisçilərə yalnız düzgün, dolğun və həqiqi məlumatlar və hesabatlar təqdim edilir.

VI FƏSİL QAYDALARIN HƏYATA KEÇİRİLMƏSİNİN TƏMİNATI

Maddə Etik davranış qaydalarına əməl olunmasına nəzarət

  1. Etik davranış qaydalarına əməl olunmasına CBC Sport MMC-nin rəhbərliyi tərəfindən Etik Davranış Komissiyası yaradılır. 
  2. Etik Davranış Komissiyasının aşağıdakı səlahiyyətləri vardır:
  3. Qaydalarının pozulmasının qarşısın alınması və profilaktikası üzrə tədbirlərin təşkil etmək;
  4. Qaydaları pozan əməkdaşa intizam məsuliyyətini tətbiq etmək;
  5. Qaydaların təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;

Maddə Qaydaların pozulmasına görə məsuliyyət

  1. Etik davranış qaydalarını pozma halları Etik Davranış Komissiyası tərəfindən baxılır və həmin əməkdaş barəsində tətbiq olunan intizam məsuliyyətinin növü müəyyən edilir.
  2. Etik davranış qaydalarının pozulmasına görə aşağıdakı intizam məsuliyyəti tədbirlərindən biri tətbiq edilə bilər:
  3. şifahi xəbərdarlıq;
  4. şiddətli töhmət vermək;
  5. aşağı vəzifəyə keçirmək;
  6. əməkdaşla bağlanan müqaviləyə xitam vermək.
  7. Etik davranış qaydalarını pozmuş əməkdaş barəsində intizam məsuliyyəti tədbiri pozuntunun aşkar edildiyi gündən etibarən 30 gün ərzində tətbiq edilir.
  8. İntizam məsuliyyətinə cəlb edilmiş əməkdaş komissiyanın qərarı barədə CBC Sport MMC-nin rəhbərinə şikayət edə bilər. CBC Sport-un rəhbəri belə şikayətə 5(beş) iş günü ərzində baxır və yazılı qaydada cavablandırır.