Bu gün Azərbaycan Premyer Liqasında III tura yekun vurulub. Günün ilk matçında "Zirə" "Sabah"ı qəbul edib. Turnir cədvəlində qonşu pillələrdə olan komandaların duelində kimin qalib gələcəyi maraqla gözlənilirdi. 2 qolun vurulduğu görüşdə qonaqlar qələbəni bayram ediblər.
Günün əsas matçında Azərbaycan derbisi gerçəkləşib. Son ölkə çempionu "Qarabağ" "Neftçi"ni qəbul edib. Bu, komandaların çempionatda 80-ci dueli olub. Gərgin və maraqlı keçən matçda "ağ-qaralar" 2:1 qalib gəlib.
Qeyd edək ki, turun digər matçında "Sumqayıt" evdə "Səbail"i 2:1 hesabı ilə üstələyib, "Qəbələ" - "Keşlə" matçında qol vurulmayıb.
Azərbaycan Premyer Liqası, III tur
20 sentyabr (bazar)
“Zirə”– “Sabah” - 0:2
Qollar: X.S.Rodriqes, 51. K.Kubemba, 90+2.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu
“Qarabağ” – “Neftçi” - 1:2
Qollar: K.Ovusu, 10 - V.Stankoviç, 12. N.Ələsgərov, 68
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“Azersun Arena”