"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. Ağdam klubu II təsnifat mərhələsində Bakıda Moldova çempionu "Şerif"i qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürən matçı ukraynalı FIFA referisi Mikola Balakin idarə edib. "CBC Sport"la canlı yayımlanan görüşdə təmsilçimiz 2:1 hesablı qələbə qazanaraq 3-cü təsnifat mərhələsinə yüksəlib.
Bu, komandaların avrokuboklarda 5-ci dueli olub. Daha əvvəl 2017/2018 mövsümündə Çempionlar Liqasında, 2018/2019 mövsümündə isə Avropa Liqasında Tiraspol təmsilçisi ilə üz-üzə gəlmiş Azərbaycan çempionu hər iki halda rəqibini məğlub edərək növbəti mərhələyə adlamışdı.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi
26 avqust
"Qarabağ" (Azərbaycan) – "Şerif" (Moldova) - 2:1
Qollar: U.Matiç, 22-pen. M.Emreli, 63 - K.Velez, 78.
Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu