Cümə 22.11.2024

Azərbaycan Tokio Olimpiadasını 7 medalla başa vurdu

Azərbaycan Tokio Olimpiadasını 7 medalla başa vurdu

Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub. 44 idmançıdan 7-si medal qazanıb. Bu gün son 9 idmançı mübarizə aparıb.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komanda təsnifat mərhələsində iki hərəkətin cəmində 74,350 xal toplayıb. Yığma 14 ölkə arasında 10-cu yeri tutub və ilk "8-liy"ə düşmədiyi üçün finala yüksələ bilməyib.

Sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) finalda yaponiyalı Takuto Otoquroya uduzub. Şərif Şərifov (97 kq) isə təsəlliverici görüşdə gürcüstanlı Elizbar Odikadzeyə qalib gəlsə də, bürünc medal qarşılaşmasında kubalı Reyneris Salas Pereslə bacarmayıb və 5-ci yerlə kifayətlənib.

Qadın güləşçi Mariya Stadnik (50 kq) monqolustanlı Namuuntsetseq Tsoqt Oçiri məğlub edərək bürünc medala sahib çıxıb.

Karateçi İrina Zaretska (+61) isə finalda Misir təmsilçisi Feryal Abdelazizə uduzaraq gümüş medalla kifayətlənib.

Bu gün 2 gümüş və bir bürünc müdal qazanan Azərbaycan iki pillə irəliləyib. Hazırda olimpiya komandası 3 gümüş və 4 bürünc medalla 67-cidir.